Salyanda müasir istixana kompleksi yaradılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Salyanda müasir istixana kompleksi yaradılır

16:35 - 16 / 12 / 2016
Salyanda müasir istixana kompleksi yaradılır

Dekabrın 16-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Salyan rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

1news.az-ın məlumatına görə, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Salyanda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Salyan rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, taxılçılıq, kiçik cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması və soya əkini üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Salyan rayonundan olan 380-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 40,6 mln. manat güzəştli kredit verilib.

Qeyd olunub ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən 12800-dən çox sahibkara 503 mln. manatdan çox güzəştli kredit verilib. Bu kreditlər 39 mindən çox yeni iş yerinin açılmasına imkan verir.

İşgüzar forum çərçivəsində Salyan və ətraf rayonlardan olan 41 sahibkara 5,4 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, istixana kompleksinin inşası, quşçuluq, tərəvəzçilik, əkinçilik, heyvandarlıq, plastik qapı-pəncərə istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 200-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Salyan rayonunun Yenikənd kəndində güzəştli kreditlər hesabına yaradılan müasir istixana kompleksinə baxış keçirilib. Ümumilikdə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ildə 88,5 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan 60 müasir istixana kompleksinin yaradılmasına 170,6 mln. manat güzəştli kredit verilib.

1news.az

Paylaş:
932

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər