Xəzərdə qəza baş verən ərazidə tapılan budka sudan çıxarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərdə qəza baş verən ərazidə tapılan budka sudan çıxarıldı

21:38 - 16 / 12 / 2016
Xəzərdə qəza baş verən ərazidə tapılan budka sudan çıxarıldı

“Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində itkin düşən neftçilərin axtarış işləri zamanı həmin ərazidə suyun dibində aşkar edilmiş budka gəminin göyərtəsinə qaldırılıb.

1news.az-ın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, budkanın 3 saylı Neft Yığım Məntəqəsinin yaşayış budkası olmadığı müəyyən edilib.

Məlum olub ki, tapılıb sudan çıxarılan və gəmiyə qaldırılan budka soyunub-geyinmə budkasıdır.

Axtarış işləri davam etdirilir.

Paylaş:
677

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər