Avtobus dayanacağına soba quraşdırdı - FOTO | 1news.az | Xəbərlər
Dünya

Avtobus dayanacağına soba quraşdırdı - FOTO

14:57 - 18 / 12 / 2016
Avtobus dayanacağına soba quraşdırdı - FOTO

Türkiyənin Sakarya şəhərinin sakini avtobus dayanacağına soba quraşdırıb.

1news.az lent.az-a istinadən xəbər verir ki, Rəhman Ələmdar adlı şəxs səhər dərsə gedən uşaqların dayanacaqda üşüməməsi üçün belə bir addım atıb

O bildirib ki, məktəbliləri dərsə aparan avtobusun nə vaxt gələcəyini əvəlcədən bilmək olmur və uşaqlar şaxtalı havada çöldə gözləməli olur. Bu səbəbdən də o, öz hesabına soba alaraq dayanacağa yerləşdirib və hər səhər evinin yaxınlığındakı dayanacağa gələrək sobanı işə salır.

Paylaş:
693

Son xəbərlər

Bütün xəbərlər