Soyuq döşəmədə, köhnə xalça üzərində yatan uşaqlara yardım etmək lazımdır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Soyuq döşəmədə, köhnə xalça üzərində yatan uşaqlara yardım etmək lazımdır – FOTO

15:07 - 19 / 12 / 2016
Soyuq döşəmədə, köhnə xalça üzərində yatan uşaqlara yardım etmək lazımdır – FOTO

Ətrafımızda imkansız ailələr çoxdur – onların hər birinə kəməklik göstərmək mümkün deyil, lakin həmin ailələrdən yan keçməyə də vicdanımız imkan vermir.

Bunu 1news.az-ın müxbirinə  ürək qüsuru olan uşaqlara yardım edən, “Uşaqların xoşbəxt gələcəyi” xeyriyyə təşkilatının direktoru Nərgiz Babayeva-Kərimova bildirib.

Hazırda təşkilat əsas təyinatından başqa, imkansız ailələrə maddi dəstək də göstərir. Təşkilat olduqca acınacaqlı vəziyyətdə yaşayan bir ailənin məişət imkansızlıqlarını aradan qaldırmağı qarşısına məqsəd qoyub.

Ailənin başçısı Namiq Gülməmmədov əvvəllər “Sədərək” ticarət mərkəzində satıcı işləyirmiş. İqtisadi böhranla əlaqədar ixtisara düşüdüyü üçün bir neçə həftə öncə Voronej vilayətinə qazanc dalınca gedib. Namiq bir müddət vətəndən kənarda qalaraq ailənin dolanışığı üçün pul qazanmaq istəyir. Ailənin xanımı, oğlu Məhəmməd və qızı Rəna isə Bakıda yaşayış üçün heç bir vəsait olmadan qalıb.

“Bir ildir ki, bu ailəni ərzaqla təmin edirik. Yaxın günlərdə balaca Rəna mənə təsirli ismarış yazıb. O, yazıb ki, qaz üçün pulları yoxdur və onlara köməklik göstərməyi xahiş etdi. bir düşünün, onun cəmi 12 yaşı var. O isə artıq qaz problemini düşünür. Bundan sonra onların evlərinə getmək qərarına gəldim. Orada gördüklərimdən heyrətə gəldim...”.

Oradakı mənzərə çox dəhşətli idi: qapı sındırılmış, taxta qapılardan şaxtalı hava isə evə dolur. Döşəmədə heç bir örtük yoxdur, sadəcə qonşuların verdiyi köhnə xalçalar var. Məhz burada – mükünsüz şəraitdə ailə və uşaqları yatırmış.

Bütün bunlarla yanaşı, evdə isti su da yoxdu. Buna görə də uşaqlar bu soyuq havada biz kimi suda yuyunmalı olurlarmış:

“Evin şəkilərini Facebook səhifəmdə paylaraq dost və tanışları yardım etməyə səslədim. Nəticədə çoxlu sayda başqasının dərdinə şərik olmaq istəyən insanlar cavab verdi. Hazırda həmin insanların köməyilə 3100 AZN toplanıb. Həmin evin tam təmir olunması üçün əlavə 10 000 AZN lazımdır. Əgər bu vəsait toplarsa uşaqlar isti evdə, yumşaq çarpayıda yata biləcəklər”, - deyə Nərgiz bildirib.

Onun sözlərinə görə, toplanan pulların hesabına tikinti materiallarının bir hissəsi alınıb. Bir neçə gündür ki, bu evdə ustalar işləyir. İlk olaraq sanitar qovşağı və mətbəx təmir olunacaq. Daha sonra maliyyə vəsaiti imkan verərsə otaq da təmir olunacaq.

Qeyd edək ki, Nərgiz Babayeva-Kərimovanın rəhbərlik etdiyi təşkilat birinci dəfə deyil ki, imkansız ailələrə yardım edir. Bu, artıq dördüncü mənzildir ki, təşkilat onu yenidən təchiz edəcək. Sonuncu dəfə təşkilatın yardımı ilə qəbristanlıqda yaşayan ailə üçün rahat ev düzəldilib.

Hər bir kəsi az da olsa maliyyə dəstəyi göstərməklə soyuq gecələrdə şəraitsiz evdə yaşayan ailəyə yardım etməyə səsləyirik.

Məsələ ilə bağlı Nərgiz xanıma (050) 611-62-02 zəng etməklə və ya Facebook səhifəsinə yazmaqla əlaqə saxlaya bilərsiniz. 

Paylaş:
1462

Son xəbərlər

Cəlil Xəlilov: “Onlar bu gün də xalqımızın rifahı üçün əzm və fədakarlıqla çalışmaqdadır”Bu gün, 10:20Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirirBu gün, 10:19Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİBBu gün, 10:16Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08Dünya bazarlarında qızılın qiyməti bahalaşıbBu gün, 09:52COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcəkBu gün, 09:38Azərbaycan neftinin qiyməti 78 dolları keçibBu gün, 09:28İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 09:1920 sentyabra olan valyuta məzənnələri açıqladıBu gün, 09:16Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edibBu gün, 09:10Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilirBu gün, 09:06Binəqədidə restoranda yanğın olubBu gün, 09:06Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edibBu gün, 09:03Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23
Bütün xəbərlər