Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq

16:08 - 19 / 12 / 2016
Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq

Dövlət İmtahan Mərkəzi (DİM) hər il imtahan qaydalarına müəyyən dəyişikliklərin edilməsinin səbəblərini açıqlayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Bakı şəhəri üzrə 2017-ci ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına həsr olunan konfransda bildirib ki, onlara hər il imtahanların qaydalarının dəyişilməsinin səbəbləri ilə bağlı müxtəlif suallar verilir:

“Sual verənlər təhsillə bağlı dövlət tərəfindən qəbul edilən sənədlərlə tanış olsunlar. Bunlar təhsil mühitini formalaşdıran sənədlərdir və biz onları icra edirik. İmtahanlarda dəyişiklərin edilməsi bu səbəblərlə əlaqədardır. Hər bir imtahan layihələşdiriləndə onun məqsədi də müəyyənləşməlidir. Qəbul imtahanları zamanı məzunlar arasından ən yaxşılarını seçməliyik. Buraxılış imtahanları zamanı isə uşaqların bilik və bacarıqlarının müəyyən dövlət standartlarına uyğunluğu yoxlanılır. Həmin məqsədə görə ölçmə materialları-testlər fərqli olur”.

M. Abbaszadə qeyd edib ki, bu gün DİM-in təhsil bazasında IX sinifdə təhsil alan şagirdlərin sayı 113 min nəfərdir. Onlardan 85 mini nəfəri müəyyən imtahanlardan keçib:

“2013-cü ildən ölkədə monitorinq imtahanlarının keçirilməsinə başlanılıb. 2013-2016-cı illərdə 85459 şagird monitorinq imtahanlarında iştirak edib. Onlardan 39575-i Azərbaycan dili, 40234-ü riyaziyyat, 5650-si isə rus dilindən imtahan verib. Bu nəticələr əsasında geniş araşdırmalar aparılıb. 2016-cı ilin əvvəlində monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili jurnal şəklində hazırlanaraq ictimaiyyətə açıqlanıb. Bu jurnalı elektron formada da saytdan yükləmək mümkün olub.

Bir ildə yükləmələrin sayı 3400-ə yaxın idi və əsas yükləmələr xaricdən edilib. Son 2 ayda isə müxtəlif bölgələrdə pedaqoji işçilərlə keçirilən görüşlərin nəticəsi olaraq, 500 əlavə yükləmə olub. Yükləmələr hazırda pulsuz olduğundan məsləhət görərdim ki, onları indidən yükləyəsiniz. Çünki yanvarın 1-dən bu yükləmələrin qiyməti heç olmasa 1 manat olacaq”.

1news.az

Paylaş:
667

Son xəbərlər

Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58
Bütün xəbərlər