Jamestown Foundation: İtaliyadakı referendumdan sonra Azərbaycanın TAP layihəsinin taleyi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Jamestown Foundation: İtaliyadakı referendumdan sonra Azərbaycanın TAP layihəsinin taleyi

16:15 - 19 / 12 / 2016
Jamestown Foundation:  İtaliyadakı referendumdan sonra Azərbaycanın TAP layihəsinin taleyi

Dekabrın 4-də İtaliyada keçirilən referendumun nəticələrinə görə hökumətə təqdim edilmiş konstitusiya islahatları həyata keçmədi. Eləcə də bu referendum ölkənin baş naziri Matteo Rensinin istefasına gətirib çıxardı.

Təqdim edilmiş islahatlardan biri torpaq planlamasında regional hökumətin rolunun aşağı salınması, eləcə də enerji resurslarının təchizatı və bölüşdürülməsi idi.

Referendumun nəticələri ilə bağlı azərbaycanlı analitik İlqar Qurbanovun Jamestown Foundation saytında məqaləsi dərc edilib.  Məqalənin müəllifi Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət departamentinin əməkdaşıdır.

2020-ci ilə qədər Trans-Adriatik (TAP) boru kəməri vasitəsilə 10 milyard kubmetr Azərbaycan qazının Yunanıstandan Albaniya və Aralıq dənizi sahillərindən İtaliyanın Melenduqno şəhərinədək nəqli planlaşdırılırdı.

Artıq Yunanıstan və Albaniyada boru kəmərinin tikintilərinə başlanılıb. İtaliyanın baş naziri Matteo Ransi TAP layihəsinin fəal surətdə dəstəkləyirdi. Apuliya regionunun yerli hökuməti ekoloji təhlükə ilə bağlı müqavimət göstərənə qədər proseslər öz axarında gedirdi.

İtaliyanın ekalogiya naziri sənədə imza atmasına, ölkənin iqtisadiyyat naziri boru kəmərinin tikintisinə icazə verməsinə baxmayaraq Apuliya regionu TAP layihəsinə qarşı çıxıb.

İtaliya konstitusiyasına əsasən regional hökumət torpaq istifadəsi və enerji tikintisi infrastrukturu məsələlərinə veto qoymaq hüququna sahibdir. TAP layihəsinin tikintisinə qarşı eləcə də bir sıra hüquq-müdafiəçiləri və ekologiya QHT-i də qarşı çıxırdılar.

Etirazlara baxmayaraq TAP layihəsinin tikintisi plana uyğun üç işirakçı-ölkələrdə həyata keçirilir. Bunu TAP konsorsiumunun media-məsləhətçisi Luici Quaranta da təsdiq edib.

Apuliya regionunun çoxlu sayda zeytun ağacları olan hissəsinin təhlükəsizliyi ilə bağlı hökumətin narahatlıqlarına qarşı TAP 231 ağacın tikinti çərçivəsində yerinin dəyişdirilməsi və proseslər bitdikdən sonra yenidən yerinə qaytarılması ilə cavab verib.

Yeraltı mikrotunelin tikintisi 2016-cı ilin yanvarında başlanılıb. Və planlaşdırıldığı kimi 2017-ci ilin payızında başa çatması nəzərdə tutulub.

TAP layihəsinə alternativ

İlqar Qurbanovun yazdığına görə, əgər İtaliya TAP boru kəmərilə bağlı məsələni həll edə bilməzsə, bu layihəni Qərbi Balkanlarda bitməsi nəzərdə tutulan İtaliya sementi İoniya Aralıq boru kəmərilə (IAP) əvəzlənəcək.

2016-cı ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xorvatiya, Albaniya, Monteneqro, Bosniya və Herseqovinayla IAP boru kəmərinin tikintisilə bağlı memorandum imzalayıb. Razılaşma 2007-ci ildə Albaniya ərazisində IAP və TAP boru kəmərlərinin birləşməsilə ilə bağlı Xorvatiya, Albaniya və  Monteneqroyla arasında imzalanmış deklorasiyanın nəticəsidir.

“Əgər İtaliya TAP layihəsini həyata keçirilməsilə bağlı müvəffəqiyyətsizlik əldə edərsə bu, ölkəni energetik hab olmaq imkanından, eləcə də ölkənin investisiya imkanlarının əhəmiyyətli dərəcədə itirilməsinə gətitib çıxaracaq”, - İ.Qurbanov yazaraq qeyd edir ki, artıq 2016-cı ilin oktyabrında Makedoniyanın energetika şirkəti TAP-a qoşulmaqla bağlı marağını ifadə edib.

Müəllif qeyd edir ki, TAP-ın İtaliya müvəffəqiyyətsizliyi İoniya dənizinin altından keçməklə Tükiyə-Yunanıstan- İtaliyaya təqdim edilən budaq – Poseidon boru kəmərinin həyata keçməsinə imkan açacaq.

2016-cı ilin fevralında Rusiyanın “Qazprom”, İtaliyanın Edison və Yunanıstanın DEPA şirlətləri Rusiya qazının Qara dəniz (Rusiyadan Türkiyəyə gözlənilən “Türk axını” boru kəməri vasitəsilə), daha sonra isə Yunanıstandan İtaliyaya ITGI və Poseidon boru kəmərləri vasitəsilə nəqli ilə bağlı qarşılıqlı memorandum imzalayıblar.

Lakin Poseidon layihəsi də TAP kimi yerli italyan hökumətin analoji müqavimətilə qarşılaşa bilər, İlqar Qurbanov hesab edir.

Məqalənin tam mətni ilə News Hub bölməsində tanış ola bilərsiniz:

Jamestown Foundation: TAP’s Fate after the Italian Referendum

Paylaş:
1060

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər