DAA İsveçdə “Azərbaycanı dünyaya tanıdaq” adlı tədbir keçirib | 1news.az | Xəbərlər
Siyasət

DAA İsveçdə “Azərbaycanı dünyaya tanıdaq” adlı tədbir keçirib

17:48 - 19 / 12 / 2016
DAA İsveçdə “Azərbaycanı dünyaya tanıdaq” adlı tədbir keçirib

Dünya Azərbaycanlıları Assambleyası  İsveçin Akarp şəhərində “Azərbaycanı dünyaya tanıdaq”  devizi altında tədbir keçirib.

1news.az-a assambleyadan verilən xəbərə görə, tədbirdə yerli isveçlilərin fəal qatılımı ilə yanaşı o ölkədə yaşayan digər  xalqların nümayəndələri, Almaniyadan, Rusiyadan, Danimarakadan, İsveçin Göteburg şəhərindən də qonaqlar qatılmışdılar.

Tədbir yazıçı Səməd Vurğunun “Azərbaycan “ şeirinin sözlərinə bəstələnmiş musiqi sədaları altında başlandı.

Tədbiri Dünya Azərbaycanlıları Assambleyası mədəniyyət, gənclər və turizm məsələləri üzrə vitse prezidenti Aida Məmmədova qonaqları salamlayaraq açdı və qonaqları bu tədbirdə görməkdən məmnun olduğunu bildirdi.

O daha sonra Azərbaycan mədəniyyəti, incəsənəti, mətbəxi haqqında qonaqlara geniş məlumatlar verdi və iştirakçıları  bu zənginliklərlə yaxından tanış olmaq məqsədi ilə Azərbaycana səfər etməyə dəvət etdi.

Daha sonra tədbir “Azərbaycan” haqqında təqdimat filmi ilə davam etdi. Filmdə Azərbaycanının zəngin mədəniyyəti, tarixi abidələri, turizm bölgələri haqqında məlumat verildi.

Daha sonra söz alan söz alan Danimarkada yaşayan Mehrdad Zamani “Dünya Azərbaycanlıları Palitrası” kitabını qonqlara təqdim etdi. Bu kitab haqqında geniş məlumat verən Mehrdad bəy kitabın rolundan , məzmunundan bəhs etdi. Daha sonra tədbir Mehrdad Zamani bəyin ifasında “Sarı Gəlin” Mahnısı ilə davam etdi.

Daha sonra İsveçdə tərcüməçi olaraq işləyən Əli bəy İsveçlilər və tədbir iştirakçılarına Qarabağ haqqında məlumat verdi. Ermənistanın işğalçılıq siyasətindən danışaraq qonaqlara bu münaqişə ilə bağlı geniş məlumatlar verdi.

Daha sonra Danimrka Azərbaycan Dostluq cəmiyyətinin sədri Kəmalə Maisqızının ifasında Azərbaycan rəqs  musiqisi sədaları altında milli rəqsimiz nümayiş olundu. Rəqsə eyni zamanda tədbirdə iştirak edən digər qonaqlar da qoşuldu.

Tədbirdə iştirak edən qonaqlar Azərbaycan haqqında bu qədər gözəl məlumatlar aldıqlarından şad olduqlarını dedilər.  Tədbirin təşkil edilməsində verdiyi dəstəyə görə Cecile Jönssona təşəkkür edildi.

Sonda qonaqlara Azərbaycanın milli şirniyyatları paxlava, şəkərbura təqdim olundu.

Qeyd edək ki, Dünya Azərbaycanlıları Assambleyası 06.09.2016 tarixində Almaniya Federativ Respublikasının məhkəmə və ədliyyə orqanları tərəfindən beynəlxalq təşkilat olaraq qeydiyyata alınıb. Təşkilatın mərkəzi Almaniyanın Köln şəhərindədir.

1news.az

Paylaş:
949

Son xəbərlər

Bütün xəbərlər