Arvadını çay gətirmədiyinə görə öldürən şəxs barəsində qərar çıxarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Arvadını çay gətirmədiyinə görə öldürən şəxs barəsində qərar çıxarıldı

20:06 - 19 / 12 / 2016
Arvadını çay gətirmədiyinə görə öldürən şəxs barəsində qərar çıxarıldı

Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirli bilinən 1981-ci il təvəllüdlü Zülfüqar Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

1news.az teleqraf.com-a istinadən xəbər verir ki, Bərdə rayonun Tumaslı kəndində Zülfüqar Rəhimov həyat yoldaşı, 1983-cü il təvəllüdlü Gülnaz Rəhimovanı bıçaqlayıb.

3 uşaq anası aldığı bıçaq zərbəsindən hadisə yerində ölüb. Zülfüqar Rəhimovun yaxınları onu polis əməkdaşlarına təslim edib. İstintaq araşdırması zamanı qətl hadisəsinin təfərrüatları məlum olub. Zülfüqar Rəhimov həyat yoldaşı Gülnaz Rəhimovanı ona çay vermədiyi üçün öldürüb.

Bu il yanvarın 8-də, səhər saat 6 radələrində yuxudan oyanan Zülfüqar Rəhimov həyat yoldaşı Gülnaz Rəhimovanı oyatmağa çalışıb və ondan tez çay verməsini tələb edib. Qadın isə səhərin hələ açılmadığını deyib və həyat yoldaşından bir az gözləməyi xahiş edib.

Zülfüqar Rəhimov özündən çıxıb və bıçağı götürərək, yataqda yarıyuxulu vəziyyətdə olan həyat yoldaşına zərbələr endirib. Ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılsa da, keçinib.

Qətl hadisəsi törədən zaman Zülfüqar Rəhimov işsiz olub. O, psixi xəstə kimi bir müddət müalicə olunurmuş.

Zülfüqar Rəhimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zülfüqar Rəhimovun Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşdüyü məlum olub.

Buna görə də məhkəmə onun barəsində ixtisaslaşdırılmış psixatriya stasionar məcburi tədbir təyin olunub.

Paylaş:
512

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46
Bütün xəbərlər