Rusiya-Türkiyə-İran XİN rəhbərlərinin görüşü başlayıb
Moskvada Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, görüşdə Suriya münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, üçtərəfli görüşdən əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu və iranlı həmkarı Məhəmməd Cavad Zəriflə nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli görüşü baş tutub.
1news.az
491