Azərbaycandan ayaqqabılarında və corablarında pul çıxartmaq istəyənlər tutuldu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycandan ayaqqabılarında və corablarında pul çıxartmaq istəyənlər tutuldu – FOTO

14:48 - 21 / 12 / 2016
Azərbaycandan ayaqqabılarında və corablarında pul çıxartmaq istəyənlər tutuldu – FOTO

Azərbaycandan külli miqdarda ABŞ dolları çıxartmaq istəyən şəxslər saxlanılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Samur” gömrük postunda Rusiya istiqamətinə gedən üç Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama nəticəsində, həmin şəxslərdən iki nəfərinin ayaqqabılarında, bir nəfərinin isə corablarında, gömrük nəzarətindən gizlədilmiş halda cəmi 120.000 ABŞ dolları aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
511

Son xəbərlər

Bütün xəbərlər