Menecerlərin nəzərinə: aparıcı avropalı mütəxəssislər tərəfindən pulsuz onlayn kurslar | 1news.az | Xəbərlər
Cəmiyyət

Menecerlərin nəzərinə: aparıcı avropalı mütəxəssislər tərəfindən pulsuz onlayn kurslar

17:19 - 21 / 12 / 2016
Menecerlərin nəzərinə: aparıcı avropalı mütəxəssislər tərəfindən pulsuz onlayn kurslar

Yaradıcılıq və mədəniyyət sahələrinin nümayəndələri strateji planlaşdırma, advokasiya üzrə və "Yaradıcı Avropa" proqramına ərizə verməklə əlaqədar təşkil edilmiş, avropalı ekspertlərin dərs dediyi, Avropa İttifaqının Şərq Tərəfdaşlığı "Mədəniyyət və Yaradıcılıq Proqramı" çərçivəsində təşkil edilmiş kurslarda iştirak edə bilər.

Hər bir kurs bir neçə qısa video-filmdən ibarətdir və əməli tövsiyələrlə, nümunələrlə tamamlanıb. Kursları başa vurulduqdan sonra sertifikatlar veriləcək. Azərbaycan, rus və ingilis dilləri daxil olmaqla 8 dildə təşkil edilən kursların proqramına Avropanın yaradıcılıq və mədəniyyət sahələrinə aid ən qabaqcıl təcrübələr daxil edilib.

Kursu keçmək və sertifikat ala bilmək üçün ilk növbədə xoşunuza gələn mövzunu www.culturepartnership.eu/publishing/online-learning internet saytından seçməli, dərs materialları ilə tanış olmalı və testin suallarına cavab verməlisiniz. Hal-hazırda 4 kursda iştirak edə bilərsiniz:  "Strateji planlaşdırma", "Advokasiya","Kreativ Avropa" və “Təklifin hazırlanması”.

"Strateji planlaşdırma" kursunda təşkilatınızın fəaliyyət konsepsiyasını ifadə etməyi, daxili və xarici  təhlillərin aparılmasını, təşkilatınızın rəqabət üstünlüklərini müəyyənləşdirməyi, marketinq planlarını müvəffəqiyyətlə həyata keçirməyi öyrənəcəksiniz (yaradıcı biznes sahəsi üçün populyar kitabın müəllifi Devid Perriş).

"Advokasiya" kursu – bu video-dərslərdən sonra advokasiya sahəsi üzrə strategiyanı işləyib hazırlamağı öyrənməklə yanaşı, kampaniyaları effektiv şəkildə həyata keçirməyə imkan verən əsas vasitə və metodlar haqqında əməli məsləhətlər alacaqsınız (kommunikasiya sahəsi üzrə beynəlxalq ekspert).

"Yaradıcı Avropa" proqramı üzrə distant təhsil kursu - Avropanın mədəniyyət sahəsində həyata keçirdiyi ən irimiqyaslı qrant proqramı olan "Yaradıcı Avropa" proqramına qrant almaq üçün ərizə verməyi addım-addım öyrədən təlimatların daxil edildiyi 5 video-mühazirə ("Yaradıcı Avropa" proqramının Litva və Estoniya milli bürolarının rəhbərləri Eqle Deltuvayte və Evelin Karu-Veskioyya tərəfindən). Kursu dinləyərək "Yaradıcı Avropa" proqramına qrant almaq üçün verilən ərizələrlə bağlı seçim meyarlarını, qeydiyyat prosesini, tərəfdaşları axtarmağın qaydalarını və müvəffəqiyyəti şərtləndirən amilləri öyrənə biləcəksiniz.

Mədəniyyət sahəsində fəaliyyət göstərən menecerlər “Layihə təkliflərinin yazılması” kursu vasitəsilə uğurlu layihə təkliflərinin hazırlanması qaydalarını, nəticə etibarilə, həmin layihələrin həyata keçirilməsi üçün vəsait əldə etməyin yollarını öyrənə bilərlər. Kurs bitdikdən sonra layihənin hədəflərini, məqsədlərini və gözlənilən nəticələrini müəyyənləşdirə, tərəfdaşlar tapa və müvafiq müraciətlər işləyib hazırlaya biləcəksiniz. Kurs layihə təkliflərinin hazırlanması və büdcənin tərtib edilməsi istiqamətində 12 ildən artıq təcrübəyə malik olan təlimçi Maqda Krasovskaya-İqrasın rəhbərliyi altında həyata keçirilir.

İl ərzində kurslara yeni mövzular, o cümlədən layihələr üzrə ərizələrin yazılması, maliyyə məsələləri (o cümlədən maliyyə vəsaitlərinin cəlb edilməsi), kommunikasiya, mədəniyyət sahəsində fəaliyyət göstərən təşkilatlar üçün layihə idarəetməsi və s. kimi mövzular əlavə ediləcək. 

“Mədəniyyət və Yaradıcılıq” Proqramı çərçivəsində təşkil olunan kursun hər kəs üçün əlçatan olması faktı olduqca dəyərlidir. Əslində, hətta ən qızğın iş saatlarında belə fərdi inkişafın təmin olunması üçün yarım saat vaxt ayırmaq mümkündür. Kurslar yalnız fəaliyyətə yenicə başlayanlar üçün deyil, eyni zamanda yeni imkanlar axtarışında olan təcrübəli mədəniyyət menecerləri üçün də faydalı olacaq. Öz biliklərinizi Avropalı mütəxəssislərin yanaşmaları ilə müqayisə edərək yoxlayın”, - bu fikirləri kursları uğurla başa çatdırdıqdan sonra Ukraynada Mədəniyyət Fəalları Konqresinin İdarəetmə Heyətinin sədri Yelena Pravilo paylaşıb.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı "Mədəniyyət və Yaradıcılıq Proqramı" yaradıcılıq və mədəniyyət sahələrinin dəstəklənməsi, bu sahələrin Azərbaycan və Şərq Tərəfdaşlığının digər ölkələrinin sosial-iqtisadi inkişafındakı payının artırılması məqsədini güdür. Kurslar haqqında daha ətraflı məlumat almaq üçün www.culturepartnership.eu internet saytına daxil ola və ya [email protected] ünvanına elektron məktubla müraciət edə bilərsiniz. 

Paylaş:
540

Son xəbərlər

Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34
Bütün xəbərlər