Azərbaycanın Xaçmaz rayonundakı gümbəzli binanın şəkilləri İnterneti “partladır” – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın Xaçmaz rayonundakı gümbəzli binanın şəkilləri İnterneti “partladır” – FOTO

18:47 - 21 / 12 / 2016
Azərbaycanın Xaçmaz rayonundakı gümbəzli binanın şəkilləri İnterneti “partladır” – FOTO

Xaçmaz rayonunda yerləşən binalardan birinin fotoları Facebook istifadəçiləri arasında böyük marağa səbəb olub.

1news.az-ın məlumatına görə, fotolarda rayonda yerləşən gözəl görünüşə malik binalardan biri təsvir olub. Lakin bu ilk baxışdan belədir. Belə ki, binanın arxa tərəfdən çəkilmiş fotolarında binanın arxa tərəfinin bərbad vəziyyətdə olduğu, hətta gümbəzlərindən birinin dəmir dirəklər üzərində dayandığı aydın görünür.

Məlumata görə, sözügedən bina Xaçmazdakı yeni parkdakı divarlarda ucaldılıb.

Məsələ ilə bağlı Xaçmaz rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsi ilə əlaqə saxlasaq da, oradan bizə şəkilləri görmədiklərini əsas gətirərək məsələyə aydınlıq gətirməkdən imtina etdilər.

1news.az

 

Paylaş:
1905

Son xəbərlər

Bütün xəbərlər