Əlaçı şagirdlər Dövlət Sərhəd Xidmətinin Akademiyasında ekskursiyada olublar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əlaçı şagirdlər Dövlət Sərhəd Xidmətinin Akademiyasında ekskursiyada olublar – FOTO

14:49 - 22 / 12 / 2016
Əlaçı şagirdlər Dövlət Sərhəd Xidmətinin Akademiyasında ekskursiyada olublar – FOTO

Dövlət Sərhəd Xidmətində gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin gücləndirilməsi, sərhədçi peşəsinə rəğbətin artırılması məqsədilə müx­­təlif tədbirlər keçirilir.

1news.az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin Təhsil Nazirliyi ilə birgə tədbirlər planına uyğun olaraq növbəti belə tədbir dekabrın 21-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında keçirilib.

Belə ki, Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon orta məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri Dövlət Sərhəd Xidmətinin Akademiyasında ekskursiyada olublar.

Ulu öndər Heydər Əliyevin əsasını qоyduğu milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi sayəsində əldə edilmiş yüksək nailiyyətlər, Vətən sərhəd­lə­rinin mühafizəsinə göstərilən dövlət qayğı­sı, Akademiyanın yaranma tariхi və inkişafı, yüksək iхtisaslı sərhədçi zabitlərin, hərbi elmi işçilərin hazırlanması istiqamətində qazanılmış müsbət nəticələr barədə məktəblilərə ətraflı məlumat verilib.

Şagirdlər Akademiyada yaradılmış şəraitlə və təlim-tədris prоsesi ilə yaхından tanış оlub, kursantlarla söhbət ediblər.

Tədbirin sonunda Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümünə həsr olunmuş sənədli film nümayiş etdirilib.

1news.az

 

Paylaş:
546

Son xəbərlər

Bütün xəbərlər