Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin hüquqi statusu üzrə məsələhətləşmələr keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin hüquqi statusu üzrə məsələhətləşmələr keçirilib

19:16 - 22 / 12 / 2016
Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin hüquqi statusu üzrə məsələhətləşmələr keçirilib

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin hüquqi statusu üzrə Bakıda ikitərəfli məsləhətləşmələr keçirilib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov, Qazaxıstan Respublikasını isə Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova təmsil etdi.

Görüşdə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin müddəaları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi, eləcə də Xəzər dənizi ilə bağlı digər aktual mövzular üzrə geniş fikir mübadiləsi aparıldı. Xəzəryanı ölkələrin Dövlət Başçılarının növbəti Zirvə Toplantısına qədər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin tam şəkildə razılaşdırılması və Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib-hazırlanması üzrə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti görüşünün Aşqabadda səmərəli keçirilməsi üçün birgə səylərin artırılması vacibliyi vurğulandı.

Xəzər dənizi məsələləri üzrə ikitərəfli formatda keçirilən məsləhətləşmələrin mövqelərin yaxınlaşdırılmasına və açıq qalan məsələlərin razılaşdırılmasına xidmət etdiyi qeyd edildi.

1news.az

Paylaş:
670

Son xəbərlər

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37
Bütün xəbərlər