Fəzail Ağamalı: Qaz və elektrik enerjisinə görə güzəştli limitlərin artırılması prezidentin xalqa qayğısıdır | 1news.az | Xəbərlər
Siyasət

Fəzail Ağamalı: Qaz və elektrik enerjisinə görə güzəştli limitlərin artırılması prezidentin xalqa qayğısıdır

21:01 - 22 / 12 / 2016
Fəzail Ağamalı: Qaz və elektrik enerjisinə görə güzəştli limitlərin artırılması prezidentin xalqa qayğısıdır

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılması dövlət başçısının xalqa göstərdiyi bir qayğıdır.

Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O qeyd edib ki, Prezident əhalinin aşağı təbəqəsinin sosial müdafiəsini gücləndirmək üçün lazımi tapşırıqlar verir:

 “Dövlət başçısının bu tapşırığı da vətəndaşlara bir dəstəkdir. Əlbəttə, prezidentimiz hər zaman xalqın yanında olduğu kimi, xalqın maraqlarını hər şeydən üstün tutduğu kimi, indi də bunu nümayiş etdirdi”.

 F.Ağamalı hesab edir ki, ölkə Prezidenti gələcəkdə də bu məsələyə qayıda bilər:

“Çünki xalqımızın həyat səviyyəsinin yaxşılaşması, sosial problemlər içərisində olmaması ana xətt təşkil edir və dövlətimizin başçısı bu məsələni həmişə diqqətdə saxlayır”.

Trend 

Paylaş:
584

Son xəbərlər

Bütün xəbərlər