Azərbaycan və Türkiyə daim bir-birinə hərtərəfli dəstək verəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Türkiyə daim bir-birinə hərtərəfli dəstək verəcək

23:01 - 22 / 12 / 2016
Azərbaycan və Türkiyə daim bir-birinə hərtərəfli dəstək verəcək

Dekabrın 22-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycanla Türkiyə arasında tarixi dostluq əlaqələrinin müasir dövrdə daha da inkişaf etdiyini bildirən Baş nazir Artur Rasizadə son vaxtlar qardaş ölkədə törədilən amansız terror hadisələrindən bütün Azərbaycan xalqının dərin üzüntü keçirdiyini xatırladıb. Ölkələrimiz arasında faydalı əməkdaşlıq bağlarının bundan sonra da möhkəmləndirilməsi üçün Azərbaycan tərəfinin bütün zəruri addımları atacağını deyən Baş nazir siyasi, iqtisadi, humanitar, hərbi sahələrdə münasibətlərimizin yüksək səviyyədə olduğundan məmnunluq ifadə edib. İki qardaş ölkənin böyük iqtisadi potensiala malik olduğunu vurğulayan Artur Rasizadə qlobal enerji və nəqliyyat layihələrinin uğurla icra etdirilməsinin, eləcə də qeyri-neft sektorunda səmərəli işbirliyinin xalqlarımızın mənafeyinə uyğun şəkildə aparıldığını qeyd edib.

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının açılışını tarixi əhəmiyyətli mühüm hadisə kimi dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman deyib ki, ölkələrimiz qarşılıqlı əlaqələri bütün sahələrdə davam etdirməkdə qərarlıdır və dost, qardaş Azərbaycanla Türkiyə bundan sonra da daim bir-birinə hərtərəfli dəstək verəcək.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunularkən, İsmayıl Qəhrəman Türkiyənin Azərbaycanın mənafeyinə zidd heç bir addım atmayacağını və Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında ədalətli həllini sonadək dəstəkləyəcəyini bir daha bəyan edib.

Görüşdə, həmçinin qlobal proseslər fonunda ikitərəfli münasibətlərə dair geniş fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Paylaş:
466

Son xəbərlər

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37
Bütün xəbərlər