Xaçmazın 7 kəndinə içməli su verilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazın 7 kəndinə içməli su verilib – FOTO

18:24 - 26 / 12 / 2016
Xaçmazın 7 kəndinə içməli su verilib – FOTO

Xaçmaz rayonunun 7 kəndinə içməli suyun verilməsinə başlanılıb.

1news.az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən verilən xəbərə görə, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-yə bölgələrdən daxil olmuş müraciətlər əsasında 5 rayonda 13 kəndin içməli su təchizatının yaxşılaşdırılması Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Planına daxil edilib və həmin kəndlərdə layihələr həyata keçirilib.

Xaçmaz rayonunun 7 kəndini əhatə edən içməli su layihəsinin icrası yekunlaşıb və suyun verilməsinə başlanılıb.

Rayonun Qaradağlı və Gülalan kəndlərində keçirilən açılış mərasimlərində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən danışıb, ölkə rəhbərliyinin şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərin də içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb.

 “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun müavini Ramin Sadıqov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə respublikada həyata keçirilən layihələr barədə məlumat verib və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. İçməli su problemi müşahidə olunan kəndlərdən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-ə daxil olmuş müraciətlər əsasında kəndlərin su təchizatı imkanları araşdırılıb və qısa müddətdə layihələr işlənərək icra edilib”.

Tədbirdə çıxış edən kənd sakinləri indiyədək içməli suyu böyük çətinliklərlə uzaq məsafədən gətirdiklərini və quyu sularından istifadə etdiklərini vurğulayıb. Sakinlər içməli su probleminin həllinə göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Xaçmaz rayonunun 7 kəndində həyata keçirilmiş layihə çərçivəsində Qaradağlı, Alıcqışlaq, Çiləgir, Manaf-Oba, Seyidlər, Aşağı Ləgər və Gülalan kəndlərində içməli su təchizatı sistemləri yaradılıb. Həmin kəndlərdə müxtəlif diametrli borularla 14 kilometr içməli su xətti çəkilib, bulaqlar quraşdırılıb. Hazırda Xaçmaz rayonunun Gülalan, Aşağı Ləgər, Alıcqışlaq, Manaf-Oba və Seyidlər kəndlərinə içməli su artezian quyuları, Qaradağlı və Çiləgir kəndlərinə isə II Bakı Su Kəmərindən verilir. Yeni layihənin icrasından Xaçmaz rayonunun 7 kəndinin 4600-dək sakini faydalanıb.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-ə daxil olmuş müraciətlər əsasında Ağsu rayonunun Elabad və Yenilik, Şabran rayonunun Təzəkənd və Dəvəçi, Hacıqabul rayonunun Navahı və İsmayıllı rayonunun Kürdmaşı kəndlərində də layihələrin icrasına qərar verilib. Artıq Elabad və Yenilik kəndlərində layihələrin icrası başa çatıb, Şabran rayonunun Təzəkənd və İsmayıllı rayonunun Kürdmaşı kəndlərində işlər yekunlaşma ərəfəsindədir. Şabran rayonunun Dəvəçi və Hacıqabul rayonunun Navahı kəndlərində layihələrin icrası davam etdirilir.

Ümumilikdə 5 rayonun 13 kəndində 30 kilometrdən artıq su xəttinin çəkilməsi nəzərdə tutulur. Bu layihələrdən həmin kəndlərin 6200-dək sakini faydalanacaq.

1news.az

Paylaş:
773

Son xəbərlər

Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02
Bütün xəbərlər