Bakıda zəncirvari qəza baş verib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda zəncirvari qəza baş verib - FOTO

19:51 - 27 / 12 / 2016
Bakıda zəncirvari qəza baş verib - FOTO

Paytaxtda bir neçə avtomobil bir-birilə toqquşub.

1news.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, "Azadlıq" metro stansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes-Benz C-Klass" markalı avtomobil yol kənarında dayanan "Mercedes-Benz E-Class" markalı avtomobilə dəyib, ikincisi isə "VAZ-2107 və digər avtomobillərə dəyib. Qəzada xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
516

Son xəbərlər

Bütün xəbərlər