Şaxta baba və Qar qız metronun balaca sərnişinlərini təbrik etdilər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şaxta baba və Qar qız metronun balaca sərnişinlərini təbrik etdilər – FOTO

14:22 - 28 / 12 / 2016
Şaxta baba və Qar qız metronun balaca sərnişinlərini təbrik etdilər – FOTO

“Bakı Metropoliteni” QSC metrodan istifadə edən sərnişinlər üçün növbəti bayram tədbirinə start verib.

1news.az-ın məlumatına görə, metro stansiyalarında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbirə keçirilir.

İki gün davam edəcək tədbirdə Şaxta Baba və Qar qız obrazlarında ötən ildə olduğu kimi, “Bakı Mertopoliteni” QSC-nin rəhbər işçiləri - qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev və marketinq şöbəsinin rəisi Lalə Babayeva çıxış edir.

Şaxta baba və Qar qız bütün metro stansiyalarını gəzərək balaca sərnişinlərə hədiyyələr paylayıblar.

1news.az

 

Paylaş:
1214

Son xəbərlər

Bütün xəbərlər