“ASAN Kommunal” nədir? - İZAH | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN Kommunal” nədir? - İZAH

17:47 - 28 / 12 / 2016
“ASAN Kommunal” nədir? - İZAH

“ASAN Kommunal” mərkəzi Azərbaycan Respublikası Prezidentinin 4 may 2016-cı il tarixli Fərmanında verilmiş tapşırığa müvafiq olaraq yaradılıb.

1news.az xəbər verir ki, “ASAN Kommunal” mərkəzində 3 qurum - “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB tərəfindən ümumilikdə 45 növ xidmət göstəriləcək.

Göstəriləcək əsas xidmətlər məişət abonentlərinin elektrik, su, qaz şəbəkəsinə qoşulması ilə əlaqədar müqavilələrin bağlanması və texniki şərtlərin verilməsi, elektrik, su və qaz sayğaclarının quraşdırılması, dəyişdirilməsi, sayğaclar üçün smart kartların verilməsi, bərpası və yenilənməsi, məcburi köçkün olan abonentlərə pulsuz limitlərin verilməsi, abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi, qüsurlu ödənişin bərpa edilməsi, abonentin ödəniş tarixcəsinin verilməsi və sairədir.

Gələcəkdə istilik təchizatı, rabitə-telefon xidmətləri, poçt, kabel televiziyaları, internet xidmətləri və kommunal sahədə fəaliyyət göstərən digər dövlət və özəl qurumların xidmətləri “ASAN Kommunal” mərkəzlərdə təşkil edilə bilər.

“ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti vətəndaşların kommunal xidmətlər göstərən təşkilatlarla ünsiyyətindəki bürokratik əngəlləri aradan qaldıracaq, asan şəkildə və korrupsiya hallarına yol verilmədən müvafiq xidmətlərdən istifadəsini təmin edəcək. Beləliklə, bu mərkəzlərin yaradılması kommunal xidmətlərin göstərilməsi sahəsində böyük islahatdır.

Kommunal sahədə xidmətlərin asanlaşdırılması ümumilikdə hökumətin sosial siyasətinin tərkib hissəsidir. Dövlət hər zaman olduğu kimi sosial proqramların həyata keçirilməsinə böyük əhəmiyyət verir və 2017-ci ilin büdcəsi bir daha nümayiş etdirir ki, sosial sahəyə xüsusi diqqət gələn il də davam etdiriləcək.

“ASAN Kommunal” mərkəzlərinin açılması vətəndaşlara xidmətlərin “ASAN” modelinin daha da geniş sahələri əhatə etməsi istiqamətində dövlət siyasətinin davamlı olduğunu göstərir.

“ASAN Kommunal” mərkəzlərində göstərilən bütün növ kommunal xidmətlərə görə vətəndaşlar ödənişləri bank, ödəmə terminalları və “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirəcək. Bu isə öz növbəsində bu xidmətlərin göstərilməsində şəffaflığı artıracaq, korrupsiya və digər neqativ halların qarşısını alacaq.

“ASAN Kommunal” mərkəzlərin açılması həm də yeni iş yerlərinin yaradılması deməkdir. Birinci mərkəzdə 105 nəfərin çalışması nəzərdə tutulur və bu mərkəz Bakı şəhərinin Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan ümumilikdə 653.600 vətəndaşa xidmət göstərəcək. Lakin yeni “ASAN Kommunal” mərkəzlərin yaradılması davam edəcək. Tezliklə Bakı şəhərinin Əhmədli qəsəbəsində və şəhərin dəmiryolu vağzalında da “ASAN Kommunal” mərkəzləri yaradılacaq. Beləliklə, yaxın zamanlarda 3 “ASAN Kommunal” mərkəzi fəaliyyət göstərəcək. Gələcəkdə regionlarda da belə mərkəzlərin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, ilk “ASAN Kommunal” mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azərişıq” ASC və “Azərsu” ASC-nin vəsaiti hesabına yaradılıb. Mərkəz 2 mərtəbədən ibarət olmaqla (ümumi sahəsi 2800 m2) Bakı şəhəri, ak. H.Əliyev küçəsi 34 ünvanında yerləşir.

1news.az

Paylaş:
8641

Son xəbərlər

Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08
Bütün xəbərlər