Gələn il keçiriləcək imtahanlarda 15 minə yaxın nəzarətçi iştirak edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Gələn il keçiriləcək imtahanlarda 15 minə yaxın nəzarətçi iştirak edəcək

10:50 - 29 / 12 / 2016
Gələn il keçiriləcək imtahanlarda 15 minə yaxın nəzarətçi iştirak edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci ildə keçirəcəyi imtahanlarda nəzarətçi kimi iştirak edəcək şəxslər haqqında məlumatların “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminə daxil edilməsi prosesini yekunlaşdırıb.

DİM-dən 1news.az -a verilən məlumata görə, sistemə Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarından və respublikanın 2076 orta təhsil müəssisələrindən 14817 nəzarətçi-müəllim haqqında məlumatlar daxil edilib.

Onlardan 1508 nəfəri test imtahanlarında ilk dəfə iştirak edəcək müəllimlərdir. 

1news.az

Paylaş:
913

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər