Sumqayıtda mənzildə cəsəd tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda mənzildə cəsəd tapılıb

16:32 - 01 / 01 / 2017
Sumqayıtda mənzildə cəsəd tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

1news.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1938-ci il təvəllüdlü Namazov Hidayət Hədibulla oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 12:45-də başa çatıb. 

1news.az

Paylaş:
864

Son xəbərlər

Bütün xəbərlər