DİN “Suriyadan olan terrorçunun” axtarışı ilə bağlı açıqlama yayıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN “Suriyadan olan terrorçunun” axtarışı ilə bağlı açıqlama yayıb – FOTO

12:39 - 04 / 01 / 2017
DİN “Suriyadan olan terrorçunun” axtarışı ilə bağlı açıqlama yayıb – FOTO

Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) Bakıda bir sıra KİV-də Məhəmməd Əhməd -  “Suriyadan olan terrorçunun” axtarışı və onun şəhərin ictimai yerlərində yapışdırılmış fotoları ilə bağlı yayılmış xəbərə aydınlıq gətirib.

1news.az-a DİN-in mətbuat xidmətinin rəhbəri, polkovnik Sadıq Gözəlovun verdiyi məlumata görə, yayılmış xəbərlər yalandır və heç bir əsası yoxdur:

 “Sosial şəbəkə və KİV-də yayılmış fotodakı gənc 2016-cı ilin sentyabrında itkin düşmüş, 24 yaşlı Özbəkistan vətəndaşı Məhəmmədcan Akmalan oğlu  Əhmədcanovdur.

Ehtimal var ki, həmin şəxs respublikamızın ərazisindədir, Özbəkistan da öz vətəndaşının tapılması üçün Azərbaycandan kömək istəyib”.

Həmçinin o qeyd edib ki, jurnalistlər DİN-də dəqiqləşdirilməmiş məlumatları senasasiyalı bağlıqlarla yaymamalıdır.

1news.az

Paylaş:
1211

Son xəbərlər

Bütün xəbərlər