İstanbulda yeni il gecəsi baş verən terrorda həyatını itirən Nuranə Həsənovayla vida mərasimi keçirilib – FOTO
İstanbulda yeni il gecəsi baş verən terrorda həyatını itirən Nuranə Həsənovayla vida mərasimi keçirilib.
1news.az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, Təzə Pir məscidində baş tutan mərasimdə mərhumun qohumları, ailə yaxınları və mətbuat nümayəndələri iştirak edib.
Nuranə son mənzilə yola salınıb.
Xatırladaq ki, son illər Nuranə Bakıda yaşayıb. Buna görə də Türkiyə hökuməti ilk olaraq onu Azərbaycan vətəndaşı kimi qeyd etsə də, sənədlərini araşdırarkən Rusiya vətəndaşı olduğu bildirilir.
Dostlarının sözlərinə görə Nurana ilk dəfə imiş ki, xaricə səfər edirmiş. O, çoxdandır ki, xaricə səfər etməyi planlaşdırırmış. İstanbula getməyi bayrama bir neçə həftə qalmış qərara alıb.
Belə bir deyim var, Yeni ili necə qarşılayarsan, təzə ili elə də keçirərsən. Nuranə nakam məhəbbətindən sonra yeni tanışlıqlar, həyatında yeniliklər etməyi arzulayırmış.
O, Rusiya vətəndaşı olduğu üçün yalnız vizasız ölkələrə səfər edə bilərmiş. Ona görə də yalnız Türkiyəyə getmək qərarına gəlir. Rəfiqəsi Svetlananın sözlərinə görə, o, çox mehriban həyatdolu qız imiş. “Zamanımızda bu cür dostlara rast gəlmək çətindir”.
Dekabrın 30-da Bakı hava limanından təyyarənin göyərtəsinə qalxan qızın Facebook-dakı son paylaşımı yaxşı əhval-ruhiyyədə olduğunu göstərir. Bir gün sonra isə Nuranə terrorçunun gülləsinə tuş gəlir...