Kişilər hər zaman qadınların yerinə ödəniş etməlidir?
Zöhrab Qədirov
Danışıqlar üzrə mütəxxəsis
Hələ ki, aid olduğumuz ənənəvi paternalist cəmiyyətdə belə bir fikir mövcuddur – kişilər hər zaman qadınların yerinə ödəniş etməlidir.
Bu, hər tərəfdən gözlənilir – qadınların özləri, qohumlar, dostlar, ümumi olaraq cəmiyyətdən və bəzən də kişilərin özlərindən də.
Məqalədə bu tendesiyanın son zamanlar necə dəyişdiyi, eləcə də bir çox qadınların öz vəsaitləri kişilərlə bərabər olaraq paylaşdıqlarına, bu göstəricilərə görə kişiləri üstələdikləri mövzusuna toxunmayacağıq.
Beləliklə, əsasən kişilərin hər zaman qadınların yerinə ödəniş etməlidir stereotipini müzakirə edəcəyik. Bu stereotipin danışıqlar nöqeteyi-nəzərindən dəyəri ondadır ki, kişilər hər zaman qadınların əvəzinə ödəniş edir, hətta bunu qiymətin aşağı endirilməsilə bağlı danışıqlar aparmadan edir. Axı bu, kişinin pul kisəsi üçün müəyyən təsirlər göstərir
Bir sıra səbəblər var ki, kişilər qadınlar olduğu yerdə qiymətlə bağlı danışıqlar aparmır. Bunun əsas səbəbi kimi onlar qorxur ki, belə olan halda kişiləri xırdaçıl hesab edərlər. Tipik məsələdir ki, hansısa kişini qızla görən satıcı bəzən qiymətləri baha deyir. Bunu çox vaxt sayğacı olmayan taksi sürücüləri və ya gülsatanlar edir.
Belə vəziyyətdə özünüzü necə apararsınız? İlkin qiymətlə razılaşarsınız və ödəniş edərsiniz? Utanmaq lazım deyil, bunu kişilərin böyük əksəriyyəti edir. Yeri gəlmişkən, evli kişilər üçün bu məsələ bir qədər asandır. Belə ki, onlar həyat yoldaşlarında təəssürat yaratmaq lazım olmayacaq. Buna görə də evli kişilər istəsə qiymətlə bağlı bazarlıq da edə bilər, istəsə üzünü çevirib gedə də bilər.
Təssəvvür edin ki, nişanlınızla mebel mağazasına gedərək orada yataq dəsti ilə yanaşı, həmçinin qonaq otağı üçün masa və miz də almaq istəyirsiniz. Qiymət cədvəlində endirimsiz olaraq 5000 şərti vahid (ş.v) göstərilir. Bu da sizin cibinizə uyğundur. Sizin bu qədər mebellə maraqlandığınızı görcək menecer üzündə təbəssümlə gələrək və yalnız sizin üçün son qiymətin 4700 ş.v. olduğunu bildirir.
Düşünün, əgər siz ilk olaraq 5000 ş.v ödəniş etməyə razısıznızsa, reaksiyanız necə olar? Təbii ki, sevinəcəksiniz. Elə bu zaman psixoloji faktor öz təsirini göstərir – bu mağazadakı mehriban insanlar heç bir şərtsiz qiymətə endirim etdilər və əgər bundan sonra qiymətlə bağlı danışıqlar aparsanız xəsis kimi görünəcəksiniz. Beləliklə, mənfi təəssürtalar yaranır. Bəs sizin sonrakı addımlarınız necə olacaq? Uğurlu alış-verişlə tezliklə evə qayıtmaq? Mən tələsməzdim! Əgər sizə asanlıqla 300 ş.v endirim ediblərsə, deməli bu son deyil. Siz fasilə götürərək nişanlınızla məsləhətləşərək fəaliyyət planı ilə özünüzü motivasiya edirsiniz.
Aşağıda qeyd edilmiş hadisə müsbət nəticələr verən real hadisədir. Lakin qiymətin aşağı salınması ilə bağlı digər variantlar da ola bilər.
Bir qədər düşünərək, menecerə deyə bilərsiniz ki, masa və mizləri alacaqsınız, yataq dəstini isə digər mağazadan almaq istəyirsiniz, belə ki, lazımi vəsaitiniz yoxdur. Bütün mebel dəstini buradan almağı onlara sözarası başasalırsınız. Lakin bu mağaza kifayət qədər endirim etdikləri üçün qiymətləri daha da aşağı salmayacaq, deyə fikrini də bildirirsiniz. Beləliklə mağazaya “yox” demirsiniz. Çünki az alış-verişə razılıq vermisiniz.
Bu an nə baş verir? Mağaza anlayır ki, böyük sövdəəşməni itirir, siz gözlədiyiniz kimi olmasa da müəyyən güzəşt edir. Mağazadan getməyə hazırlaşırsınız, bu hərəkətinizi lazımi vəsaitlərinizin olmadınığızla əsaslandırısınız və nəhayət istədiyinizi əldə edirsiniz. Burada nəzərə almaq lazımdır ki, endirimin həcmi ağlabatan olmalıdır. Belə ki, mağazadan mümkünsüzü istəyə bilməzsiniz.
Kişilərin xanımların yanında qiymət danışmamasının digər səbəbi də nüfuz məsələsidir.
Bu, çox vaxt özünüzü bənzətmək istədiyiniz hansısa qohumunuz, dostunuzla müqayisə zamanı baş verir. Əsasən də bu insanlar uğur qazanmışlardır. Və sizə elə gəlir ki, həmin uğur qazanmış insanlar cins şalvar alarkən 20% endirim üçün qiyməti danışmazlar! Həmçinin xanımınız nə deyər?! Mənfi asosiasiyalar mexanizmi çalışmağa başladı – siz piştaxtalarda göstərilmiş qiymətlərlə sözsüz-söhbətsiz razılaşırsınız.
Kişilərin qadınların yanında qiymət aşağı salmaqla bağlı danışmamasının digər səbəbi də var. Belə ki, düşünürsünüz ki, sizin haqqınızda yaxşı düşünməyəcəklər. Və hər dəfə qiymətlə bağlı danışıqlar aparmasanız az nəticələr əldə edərək sizə baha başa gələcək.
Məni düzgün anlayın – hansısa məqamda qiymətin ağaşı salmaqla bağlı danışıqlarınız bəzən yaxşı nəticə verməyə bilər. Birincisi bu, elə o demək deyil ki, siz qiymətin aşağı salınması ilə bağlı danışıqlar aparmamalısınız. İkincisi isə, həyatda olduğu kimi, hər şey təcrübədən asılıdır. Ən azından qiymətlə bağlı danışıqlar aparmaqla bağlı öz fərdi üslubunuz taparacaqsınız, nəyin yaxşı göstərici olduğunu biləcəksiniz.
Bildiyiniz kimi, ən yaxşı nəticələr kollektiv surətsdə alınır. Buna görə də məsləhət verərdim kişilər – qiymətlə bağlı ticarət edir, qadınlar isə - kişilərə bu məsələdə yardım edin!
Əgər qadınlar yuxarıda sadalanmış gülsatan məsələsində kişilərin təşəbbüsünü dəstəkləsələr, kişi də heç bir əziyyətlə qarşılaşmayaraq, ona uyğun olan qiyməti əldə edə biləcək.
Son da isə, əks variantı da nəzərdən keçirmək lazımdır - əgər qadın hesabı ödəməli olarsa, kişi üçün qiyməti danışmaq məsələsi mənəvi öhdəlik olmalıdır! Yəni əgər müəyyən vəziyyətdə bu və digər səbəbdən xanıma maddi vəsaitlə yardım göstərmirsinizsə, ən azından onun daha az pul xərcləməsinə kömək etməlisiniz.
Beləliklə, ticarət terminlərindən istifadə edərək qeyd etmək olar ki, bu məsələyə düzgün yanaşmaqla kişi və qadın qiymətlə bağlı müəyyən yeniliklər əldə edə bilər. Eləcə də kiçik komanda ilə qənaət nəticəsində əldə olunmuş vəsait sizə xoş bonusla xidmət edəcək!
1news.az