İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib

17:08 - 09 / 01 / 2017
İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə bağlı başsağlığı məktubu göndərib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.                                  

“Hörmətli cənab Prezident,

İran İslam Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

İran İslam İnqilabının qələbə çalmasında fəal iştirak etmiş Əli Əkbər Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük töhfə vermişdir. Onun əziz xatirəsi daim yaşayacaqdır.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

1news.az

Paylaş:
409

Son xəbərlər

Bütün xəbərlər