Bakıda və bəzi şərq rayonlarında çiskinli yağış yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və bəzi şərq rayonlarında çiskinli yağış yağacaq

13:30 - 11 / 01 / 2017
Bakıda və bəzi şərq rayonlarında çiskinli yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının 12-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 7-11, Bakıda gecə 2-4, gündüz  8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz  təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında isə çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman  olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta,  gündüz 1-6  dərəcə isti olacaq. 

1news.az

Paylaş:
452

Son xəbərlər

Bütün xəbərlər