Sosial evlər kimlərə veriləcək? – AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Sosial evlər kimlərə veriləcək? – AÇIQLAMA

17:12 - 13 / 01 / 2017
Sosial evlər kimlərə veriləcək? – AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev ASAN Radionun qonağı olub.

1news.az-ın verdiyi xəbərə görə, Anar Quliyev sosial evlərin inşası işlərinin gedişi, bu evlərin kimlərə veriləcəyi və bu kimi məsələlərə aydınlıq gətirib.

 

- Hazırda sosial evlərin tikintisi hansı ərazilərdə aparılır və tikinti işlərinin nə vaxt başa çatdırılacağı planlaşdırılır?

- Agentliyin ilk layihəsi artıq reallaşdırılır . Məlum olduğu kimi, ötən ilin 24 dekabr tarixində Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə Yasamal Yaşayış Kompleksinin təməlqoyma mərasimi keçirilib.  Tədbir çərçivəsində yaşayış kompleksinin və onun ərazisində yerləşəcək ümumtəhsil məktəb binasının təməli qoyulub.

- Sosial evlər kimlərə və hansı şərtlərlə veriləcək?

- Ötən ilin noyabr ayında təsdiq olunmuş qayadalara əsasən, güzəştli mənzilləri ala biləcək şəxslərin kateqoriyaları müəyyənləşdirilib. Bunlar: İpoteka Fondunun vəsaiti hesabına güzəştli ipotaka ala bilən şəxslərdir. Həmin qaydalarda bir neçə kateqoriyalar var. Misal üçün, gənc ailələr və gənc ailənin üzvü olan 5 il ümumtəhsil məktəbində çalışan müəllim və yaxud fəlsəfə doktoru, şəhid ailələri, Milli Qəhrəmanlar, idman sahəsində xüsusi nailiyyətləri olanlar və s.

Bundan əlavə, ailə vəziyyətindən asılı olmayaraq 15 il dövlət qulluğunda xidmət etmiş şəxslər, hərbçilər, daxili işlər orqanlarında müəyyən müddət çalışmış şəxslər və s. kateqoriyalar güzəştli mənzillər almaq hüququna sahibdirlər.

- Anar müəllim, hər hansı imtiyazlı qrupa güzəşt olunacaqmı?

- Bu gün qeyd etdiyim kateqoriyalara aid insanlar güzəştli mənzillər ala biləcəklər. Amma gələcəkdə bu kateqoriyalara yenidən baxıla bilər. Bunun üçün həm tələbatla bağlı araşdırmalar aparılmalıdır, həm də kifayət qədər mənzil inşa edilməlidir. Bununla yanaşı ötən ilin sonunda uyğun qiymətə mənzil təminatının inkişafı ilə bağlı Strateji Yol Xəritəsi təsdiq olundu.

Və həmin sənəddə də qeyd olunduğu kimi gələcəkdə dövlət sifarişi əsasında müyyən mənzillərin tikintisi nəzərdə tutula bilər. Yəni bu kateqoriyalardan asılı olamyaraq hər hansı sahədə fəaliyyət göstərən insanlar, peşə üzrə və ya digər sosial kateqoriyalar üzrə müvafiq dövlət orqanının təşəbbüsü ilə belə bir mənzillər inşa oluna bilər.

- Sosial evlərin verilməsi proseduru necə aparılacaq?

- Təsdiq edilmiş qaydalara əsasən güzəştli mənzil sistemi yaradılmalıdır. Həmin sistem Elektron Hökumət portalında yerləşdiriləcək. Sistem bu ilin 1 may tarixindən etibarən istifadəyə verilməlidir. Vətəndaşlar həmin sistem vasitəsilə müraciət edərək qeydiyyatdan keçəcək. Müvafiq sənədləri elektron qaydada təqdim edəcək. Həmin şəxsin hansı kateqoriyaya aid olması müəyyənləşdirildikdən sonra vətəndaşın şəxsi virtual kabineti yaradılacaq. Növbəti mənzil satışı ilə bağlı elan verildikdə vətəndaş şəxsi virtual kabineti vasitəsilə bildiriş alacaq. Daha sonra müfaqif ünvan üzrə binanı, mərtəbəni, mənzilini, eləcə də ödəniş üsulunu seçərək mənzilini əldə edə biləcək.

Aşağıdakı linkdən səs yazısını dinləyə bilərsiniz:

1news.az

Paylaş:
30740

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər