Ölkəyə qanunsuz yolla mobil telefon gətirən şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkəyə qanunsuz yolla mobil telefon gətirən şəxs saxlanıldı

19:53 - 16 / 01 / 2017
Ölkəyə qanunsuz yolla mobil telefon gətirən şəxs saxlanıldı

Ölkəyə qanunsuz yolla mobil telefon gətirilməsinin qarşısı alınıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal zonasına daxil olan  Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. 

Yoxlama zamanı avtomobilin ön və arxa qapılarının içərisindən gömrük nəzarətindən gizlədilən 11 ədəd “Samsung Galaxy J1 mini” markalı telefonlar və 8 ədəd adapter aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
882

Son xəbərlər

Bütün xəbərlər