Muzeyin yenidən qurulmuş “Azərbaycan Səfəvilər dövləti” bölməsi ziyarətçilərin ixtiyarına verilib – FOTO
Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycan Səfəvilər dövləti” bölməsinin yenidən qurulması üzrə işlər başa çatıb.
1news.az-a muzeydən verilən xəbərə görə, burada Səfəvilər sülaləsinin etnik mənşəyi, dövlətin yaranması, I Şah İsmayılın şəxsiyyəti və dövlət quruculuğu işləri, Səfəvilər dövlətinin inzibati quruluşu, iqtisadiyyatı, mədəniyyəti, silahlı qüvvələri, xarici siyasəti, dahi Azərbaycan şairi Məhəmməd Füzuli, Səfəvi-Osmanlı müharibələri haqqında məlumat panelləri, müvafiq tarixi eksponatlar, eləcə də müəllifləri Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə, Böyükağa Mirzəzadə, Lüdviq Knit olan rəsm əsərləri qoyulub.
Yenilənmiş bölmə müvafiq zalı ilə yanaşı ekspozisiyanın dəhlizi də əhatə edir. Bu da əlavə olunan eksponat sayının çoxluğu ilə əlaqədardır.
1news.az