Şamaxıda top mərmisi tapıldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda top mərmisi tapıldı – FOTO

23:05 - 16 / 01 / 2017
Şamaxıda top mərmisi tapıldı – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam rayonunda apardığı əməliyyatla bağlı yeni məlumat yayıb.

1news.az xəbər verir ki, məlumata görə, Şamaxı rayonunda Sağıyan kəndindəki torpaq sahəsində 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik top mərmisi (PS-34)  aşkar edilərək  daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib. Nəticə etibarilə 2000  kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 01 - 16 yanvar 2017-ci il tarixlərində Füzuli və Şamaxı  rayonları, Lənkəran və Gəncə şəhərində 1 otlaq sahəsinə, dəniz kənarına və avtobaza ərazisinə baxış keçirilib.

Keçirilmiş baxış zamanı 1 196 ədəd partlamamış hərbi sursat, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 950 kv.m ərazi yoxlanılıb.

1news.az

Paylaş:
836

Son xəbərlər

Bütün xəbərlər