İlham Əliyev Qırğız prezidentinə başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Qırğız prezidentinə başsağlığı verib

12:51 - 16 / 01 / 2017
İlham Əliyev Qırğız prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Qırğız Respublikasının prezidenti Almazbek Atambayevə başsağlığı verib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli Almazbek Şarşenoviç,

Bişkek yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.

1news.az

 

Paylaş:
626

Son xəbərlər

Bütün xəbərlər