Deputat: “Adamlar var ki, pul yığmaq üçün 3 dəfə toy edir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: “Adamlar var ki, pul yığmaq üçün 3 dəfə toy edir”

22:20 - 17 / 01 / 2017
Deputat: “Adamlar var ki, pul yığmaq üçün 3 dəfə toy edir”

Azərbaycanda toy məclislərinin keçirilməsi qaydaları ilə bağlı Milli Məclisdə qanun layihəsinin hazırlanması barədə mütəmadi olaraq təkliflər səsləndirilsə də, məsələ hələ də öz həllini tapmayıb.

1news.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə Trend-ə bildirib.

O deyib ki, toy mərasimlərini qanunla, inzibati yolla sahmana salmaq qeyri-mümkündür:

“Bu qanunla tənzimlənməli olan məsələ deyil. Burada maarifləndirmə işlərinin aparılması daha məqsədəuyğundur və hər kəs öz ailəsində bunu etməlidir. Əgər ailədə uşaqların yanında danışırlarsa ki, filankəsin toyunda bu qədər adam var idi, filankəs filankəsə brilyant apardı, uşaq da o fikirlə böyüyür ki, bunlar onun üçün də olmalıdır. Bir toyda 150 nəfər olursa, o biri deyir ki, bu azdır, mənim toyumda 300 nəfər olmalıdır. Kreditlə brilyant alırlar, sonra da qalırlar kreditin əlində”.

A.Əlizadə bildirib ki, bəzi insanlar pul yığmaq xatirinə dəbdəbəli toy məclisləri keçirir, sonra da həmin məbləği toplaya bilmirlər və böyük bir borca düşürlər:

“Adamlar var ki, pul yığmaq üçün bir övladına 3 dəfə sünnət toyu edir. Ona görə də bu məsələləri qanunla tənzimləmək mümkün deyil. Ancaq maarifləndirmə işi aparmaq, insanlara başa salmaq lazımdır ki, israfçılığa yol verməsinlər”.

1news.az

Paylaş:
547

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər