Ölkə ərazisində bəzi yerlərdə yağış, sulu qar və qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisində bəzi yerlərdə yağış, sulu qar və qar yağacaq

13:16 - 25 / 01 / 2017
Ölkə ərazisində bəzi yerlərdə yağış, sulu qar və qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının 26-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-9, Bakıda gecə 0-2, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 75-85 faiz  təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. 

1news.az

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər