Azexport.az portalına daha 40 şirkət cəlb olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM ) 40-a yaxın yerli istehsalçı şirkətlərin nümayəndələri ilə görüş keçirilib.
1news.az-ın məlumatına görə, sahibkarları qəbul edən İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda son dövrlərdə aparılan iqtisadi islahatlar, eləcə də biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. O Azərbaycanda istehsal olunan yerli məhsulların vahid məlumat bazası olan Azexport.az portalının məqsədi, texniki imkanları barədə şirkət rəhbərlərinə məlumat verib. V.Qasımlı əlavə edib ki, yeni portal xüsusən kiçik və orta sahibkarların işini asanlaşdıracaq.
Qeyd edək ki, Azexport.az portalına məlumatların daxil edilməsi porssesi davam edir. Görüş zamanı şirkət nümayəndələrinə həmçinin Azexport.az portalına məlumatların daxil edilməsi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, Azexport.az-ın funksionallığını artırmaq üçün bura iri logistik şirkətlər, ödəniş sistemləri cəlb edilib. Həmçinin dünya miqyasında önəmli yer tutan elektron ticarət portalları ilə əməkdaşlıq edilir.
Daha sonra Azexport.az-ın hazırlanmasında məsul olan icraçılar yerli istehsal olan məhsullar haqqında məlumatların portala daxil edilmə yollarını şirkət nümayəndələrinə izah ediblər və bununla bağlı onların suallarını cavablandırıblar.
Növbəti mərhələdə portaldan istifadə və ixrac imkanlarının təşviqi ilə bağlı yerli icra hakimiyyətlərində görüşlər keçirmək məqsədi ilə bölgələrə səfərlər təşkil olunacaq.
1news.az