“Silk Way Helicopter Services” vertolyotla səyahət təklif edir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Silk Way Helicopter Services” vertolyotla səyahət təklif edir – FOTO

11:53 - 30 / 01 / 2017
“Silk Way Helicopter Services” vertolyotla səyahət təklif edir – FOTO

Azərbaycanda daxili turizm böyük populyarlıq qazanır. Bu da aydındır - unikal təbiət, əlverişli iqlim şəraiti, inkişaf etmiş infrastruktur və xeyli müxtəlif növ istirahət imkanları. Bununla yanaşı, ölkəmizdə diqqətəlayiq yerləri görməyə gələn xarici qonaqların sayı ildən-ilə artır.

“Silk Way Helicopter Services” (SWHS) aviaşirkəti səyahət həvəskarlarına unikal hava səyahətlərinin geniş çeşidini təklif etməyə hazırdır.

SWHS-dən 1news.az-a verilən məlumata görə,  aviaşirkətin potensialı turistlərin və sahibkarların hava limanından ölkənin istənilən nöqtəsinə çarter reysi ilə uçuşunu həyata keçirməyə imkan verir. Şirkətin aviasiya personalının peşəkarlıq səviyyəsi, onun müasir texniki parkı, aparıcı xarici şirkətlər ilə əməkdaşlıq bu tipli aviareyslərin yüksək səviyyədə təşkilinə zəmanət verir.

Qeyd edək ki, SWHS aviaşirkətinin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına Sikorsky S-92A və Augusta Westland  AW-139  kimi müasir və komfortlu vertolyotlar daxildir.

Vertolyota minmədən öncə təcrübəli təlimatçılar sərnişinləri təlimatlandırırlar.                 

Vertolyot turu təkcə sürət hissindən zövq almağa deyil, eyni zamanda adi yerləri yeni rakursdan görmək və şəklini çəkmək, həmçinin başqa nəqliyyat vasitəsi ilə getməyin mümkün olmadığı yerlərə getmək üçün unikal imkan yaradır.      

SWHS aviaşirkətinin saytında vertolyotların onlayn sifarişi xidmətindən istifadə etmək (http://www.swhs.az/az/online-booking), həmçinin (+99412) 437-40-49 və (+99412) 437-18-17 telefon nömrələri vasitəsilə lazımi məlumatı almaq mümkündür. Yaxın zamanda SWHS aviaşirkətinin çağrı mərkəzi 1670 qısa nömrəsində fəaliyyətə başlayacaq.

1news.az

Paylaş:
3982

Son xəbərlər

DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30
Bütün xəbərlər