Bakıda və rayonlarda qar yağacaq, şaxta olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və rayonlarda qar yağacaq, şaxta olacaq

14:26 - 15 / 02 / 2017
Bakıda və rayonlarda qar yağacaq, şaxta olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevral ayının 16-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti,  Bakıda gecə 1 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 16-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

1news.az

 

Paylaş:
521

Son xəbərlər

Havada toz müşahidə olunur

30 / 05 / 2025, 12:40
Bütün xəbərlər