Hikmət Hacıyev: “Amnesty International”-ın Lapşinin işi ilə bağlı verdiyi bəyanat ikili standartların ifrat nümunəsidir | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: “Amnesty International”-ın Lapşinin işi ilə bağlı verdiyi bəyanat ikili standartların ifrat nümunəsidir

16:16 - 15 / 02 / 2017
Hikmət Hacıyev: “Amnesty International”-ın Lapşinin işi ilə bağlı verdiyi bəyanat ikili standartların ifrat nümunəsidir

Xarici İşlər Naziriliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Amnesty İnternational”-ın Aleksandr Lapşinin işi ilə əlaqədar açıqlamasına münasibət bildirib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, açıqlamada bildirilir:

 “Amnesty İnternational”-ın Aleksandr Lapşinin işi ilə əlaqədar verdiyi bəyanatı ikili standartların ifrat nümunəsidir. Bəs görəsən niyə “Amnesty İnternational” beynəlxalq humanitar hüququ pozaraq Ermənistan tərəfindən Cingiz Qurbanovun cəsədinin bir aydan artıq müddətdə qaytarılmaması və ya ata-analarının qəbrlərini ziyarət edərkən girov götürülmüş və fiziki və psixoloji isgəncələrlə üzləşən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsində susqunluq və görməməzliyə üstünlük verir?

Hər bir fürsətdə Azərbaycanı əsassız olaraq tənqid etməyə aludə olan “Amnesty İnternational” Ermənistanın işğalı nəticəsində Azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarına münasibətdə indiyə qədər mövqe ortaya qoymayıb.

Sırf hüquqi müstəvidə olan A.Lapşin məsələsinə “Amnesty İnternational”-ın siyasi don geyindirmək cəhdləri tamamilə əsassızdır. Rusiya və İsrail səfirliklərinin konsulluq xidmətləri, A.Lapşinin vəkili onun saxlanma şəraitindən məmnun olduqları halda, “Amnesty İnternational”-ın A.Lapşinin işgəncələrlə üzləşə biləcəyi barədə cəfəng açıqlaması yalnız gülünc doğurur.

“Amnesty İnternational” Azərbaycana qarşı bu kimi ikili və yalan əsaslı siyasəti ilə NGO (QHT) deyil, artıq siyasi leksikona geniş sirayət etmiş “GONGO” təsiri bağışlayır”.

Mövzu ilə əlaqədar oxuyun:

Lapşinin ekstradisiyası ilə bağlı 4 başlıca bənd

Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən bloqqer Aleksandr Lapşin ölkəmizə ekstradisiya olunub - FOTO

1news.az

Paylaş:
511

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər