Xarici dövlətlərin hərbi attaşeləri Silahlı Qüvvələrin Hərbi Akademiyasında olublar - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Xarici dövlətlərin hərbi attaşeləri Silahlı Qüvvələrin Hərbi Akademiyasında olublar - FOTO

16:57 - 15 / 02 / 2017
Xarici dövlətlərin hərbi attaşeləri Silahlı Qüvvələrin Hərbi Akademiyasında olublar - FOTO

Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, Azərbaycanda akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün fevralın 15-də Silahlı Qüvvələrin Hərbi Akademiyasına tanışlıq səfəri təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, on beş dövləti təmsil edən 20-dən çox hərbi attaşelik aparatının nümayəndələri akademiyanın tədris fəaliyyəti ilə tanış olub, onlara təhsil müəssisəsi haqqında brifinq təqdim edilib və maraqlandıran suallar cavablandırılıb.

Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

1news.az

Paylaş:
508

Son xəbərlər

Bütün xəbərlər