Xarici ölkələrin diplomatik nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıda olublar – FOTO

Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində olublar.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, 60-a yaxın nümayəndə Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə yaxından tanış olub.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov işğal altında qaldığı müddətdə ermənilərin Cocuq Mərcanlıda törətdikləri vəhşiliklər, eləcə də Azərbaycan Prezidentinin Sərəncamı ilə hazırda burada görülən bərpa işləri barədə nümayəndə heyətinə ətraflı məlumat verib.
1news.az
643