“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda dəyişiklik edilib | 1news.az | Xəbərlər
Rəsmi

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda dəyişiklik edilib

19:05 - 15 / 02 / 2017
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda dəyişiklik edilib

Prezident İlham Əliyev “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 30 dekabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun 1-ci maddəsinə aşağıdakı məzmunda 7 hissə əlavə edilib:

“Tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərti ilə yerləşdirilə bilər”.

1news.az

 

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər