Bakıda ilk CEO Lunch təşkil olunub – FOTO
Caspian European Club (Caspian Business Club) və Caspian American Club Bakıda ilk CEO Lunch keçirib.
Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, CEO Lunch-ın hər ayın üçüncü çərşənbə günü təşkil ediləcəyini deyib.
Holiday İnn otelində keçirilmiş CEO Lunch çərçivəsində hökumətin iqtisadi blokunu təmsil edən dövlət qurumlarının rəhbərləri və CEİBC-nin üzv şirkətlərinin top-menecerləri arasında qeyri-rəsmi ünsiyyət təşkil olunub.
Qeyri-rəsmi şəraitdə sahibkarların üzləşdikləri problemlər müzakirə edilib, ölkənin müxtəlif regionlarında biznesin aparılması üzrə onları maraqlandıran məsələlərə, həmçinin iqtisadiyyatın ayrı-ayrı sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflərə toxunulub.
Tədbirdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev görüş iştirakçılarına AZAL ilə əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat təqdim edib, aviaşirkətin fəaliyyəti, həmçinin gələcək planları haqqında danışıb.
CEİBC-yə daxil olan və buradakı iştirakını davam etdirən şirkətlər öz fəaliyyətləri barədə məlumat veriblər.
Görüş iştirakçıları üçün “Barattson School of Business & Finance”ın baş icraçı direktoru Elşən Rəhimov, “Air Astana”nın region üzrə meneceri Daken Şement, “Eurodesign”in baş direktoru Teymur Tağıyev tərəfindən təqdimat keçirilib.
Telman Əliyev Caspian European Club-un (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradıldığını xatırladıb. Caspian European Club-un sədrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olduğu bildirilib. Telman Əliyev qeyd edib ki, Caspian American Club-un yaradılması təşəbbüsü də Azərbaycan dövlətinin başçısına məxsusdur.
Onun sözlərinə görə, təsis olunduğu ilk gündən Caspian European Club (Caspian Business Club) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
Caspian Energy, Caspian European Club, Caspian Business Club, Caspian American Club və CEO qeydiyyatdan keçmiş ticarət nişanlarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.
CEO Lunch-da Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə və Avropa İttifaqının nümayəndələri iştirak ediblər.
1news.az