Gömrük Komitəsi külli miqdarda siqaret müsadirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Gömrük Komitəsi külli miqdarda siqaret müsadirə edib

15:03 - 16 / 02 / 2017
Gömrük Komitəsi külli miqdarda siqaret müsadirə edib

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin arxa buferində, yük yerində və oturacaqlarının içərisində cəmi 9200 ədəd “Kent” və “Marlboro” markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
521

Son xəbərlər

Bütün xəbərlər