Azərbaycan və Ermənistan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığından keçən Azərbaycan Respublikası və Ermənistan Respublikasının dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb.
Bu barədə 1news.az-a məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Piter Şvedberq, Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçiriblər.
1news.az
657