Yavər Camalov Qətərin Azərbaycandakı səfiri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yavər Camalov Qətərin Azərbaycandakı səfiri ilə görüşüb

22:47 - 16 / 02 / 2017
Yavər Camalov Qətərin Azərbaycandakı səfiri ilə görüşüb

Fevralın 16-da müdafiə sənayesi naziri Yavər Camalov Qətərin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Saini qəbul edib.

1news.az-ın məlumatına görə, səfirə diplomatik fəaliyyətində uğurlar arzulayan Yavər Camalov Azərbaycan ilə Qətər arasındakı əlaqələri yüksək qiymətləndirdiyini vurğulayıb.

Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib. 

Yusif bin Həsən əl-Sai səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
940

Son xəbərlər

Bütün xəbərlər