3 avtomobil qara görə yolda qalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

3 avtomobil qara görə yolda qalıb

09:25 - 17 / 02 / 2017
3 avtomobil qara görə yolda qalıb

Güclü qarın yağması yollarda hərəkəti çətinləşdirib.

1news.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Vəndam kəndində yağan güclü qar nəticəsində avtomobillərin yolda batması barədə məlumat daxil olub.

Dərhal FHN-in Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yolda batmış vəziyyətdə qalan 3 avtomobili çıxararaq hərəkəti bərpa ediblər. 

1news.az

 

Paylaş:
408

Son xəbərlər

Bütün xəbərlər