Müdafiə Nazirliyi: Düşmən minaatanlardan və qumbaraatanlardan da istifadə etməklə mövqelərimizi atəşə tutub | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Düşmən minaatanlardan və qumbaraatanlardan da istifadə etməklə mövqelərimizi atəşə tutub

10:02 - 17 / 02 / 2017
Müdafiə Nazirliyi: Düşmən minaatanlardan və qumbaraatanlardan da istifadə etməklə mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 40 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

1news.az

 

Paylaş:
502

Son xəbərlər

Bütün xəbərlər