Nazir: “Azərbaycan və İran birgə ticarət arbitrajı palatası yaradacaqlar” | 1news.az | Xəbərlər
Dünya

Nazir: “Azərbaycan və İran birgə ticarət arbitrajı palatası yaradacaqlar”

23:28 - 17 / 02 / 2017
Nazir: “Azərbaycan və İran birgə ticarət arbitrajı palatası yaradacaqlar”

“Azərbaycan və İran birgə ticarət arbitrajı palatası yaradacaqlar”.

1news.az xəbər verir ki, bu barədə İranın ədliyyə naziri Mustafa Purməhəmmədi Azərbaycana səfərinin sonunda Trend-ə açıqlamasında bildirib.

Nazir deyib ki, səfər zamanı tərəflər arasında ədliyyə sahəsində yeni sazişlərin imzalanması müzakirə olunub:

“Azərbaycanla əldə etdiyimiz razılaşmaların davamı olaraq bu səfər baş tutdu. Cənab Prezident İlham Əliyev və digər yüksək vəzifəli rəsmilərlə görüşlər oldu”.

M.Purməhəmmədi vurğulayıb ki, İran və Azərbaycan arasında əlaqələr siyasi və iqtisadi sahələrdə inkişaf edir:

“Səfər çərçivəsində İran və Azərbaycan tərəfləri insan hüquqları, narkotik vasitələrin qaçaqmalçılığı ilə mübarizə, eləcə də terrorizmə qarşı mübarizə ilə bağlı bəyanatlar verdilər. Həmçinin ikitərəfli razılıq əldə olundu ki, iş adamları və investorlar arasında müxtəlif fikir ayrılıqlarının aradan qaldırılması üçün ticarət arbitrajı palatası yaradılsın. Hazırda tərəflər razılaşmanın mətnini müzakirə edirlər və gələcəkdə müzakirələr başa çatdıqda iki ölkə arasında müvafiq sənəd imzalanacaq”.

Nazir Azərbaycanda "ASAN xidmət", müxtəlif elektron xidmətlər, xüsusilə ədliyyə sahəsində mövcud xidmətləri dəyərləndirərək bildirib ki, bu təcrübələrdən İranda da yararlanmaq olar.

M.Purməhəmmədi hesab edir ki, iki ölkənin rəhbər şəxsləri arasında yüksək səviyyəli etimad əldə olunub:

“Məhz bu etimadın nəticəsində İran-Azərbaycan münasibətləri inkişaf yolundadır. Digər ziyankar qüvvələr bu münasibətlərə heç bir mənfi təsir göstərə bilməz”.

1news.az

Paylaş:
711

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24
Bütün xəbərlər