Qarlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir etməyib

Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə olunan qarlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir etməyib.
1news.az-a Aeroportdan verilən xəbərə görə, təyyarələrin yola salınması və qəbulu adi qaydada həyata keçirilir:
“Bu gün aviauçuşlar tərtib olunan qrafikə uyğun davam etdirilir. Dünən və bu gün, indiyə qədər nəzərdə tutulan heç bir reys təxirə salınmayıb. Hazırda uçuşların həyata keçirilməsində heç bir problem yoxdur”.
1news.az
466