Bakıda mağaza yanaraq kül oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mağaza yanaraq kül oldu

12:13 - 17 / 02 / 2017
Bakıda mağaza yanaraq kül oldu

Bakıdakı mağazaların birində güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxtın Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan mağazanın yanar konstruksiyaları yanıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində ona bitişik digər mağazalar yanğından mühafizə olunub.

1news.az

Paylaş:
426

Son xəbərlər

Bütün xəbərlər